Evrenbilimin ve kuantum sosyolojiye etkileri – Cosmology and quantum effects on Sociology

0
301


Azerice Türkçe English

Yaşadığımız kainatı dərk etmək üçün tarix boyu insanlar müxtəlif fərziyyələr irəli sürüblər. Adi insanlarda əsasən fəlsəfəyə, dinə yaxud mifologiyaya əsaslanaraq fikir formalaşmışdır. Təbii ki, elm adamları bu mövzunu elmi cəhətdən təhlil edib müxtəlif nəzəriyyələr irəli sürüblər. İsbat olunmuş nəzəriyyələr bizim bu gün ki fizika anlayışımızı yaratmışdır. Lakin son illərdə irəli sürülmüş nəzəriyyələr isbat edilmədiyi üçün müxtəlif sosial topluluqlara fərqli formada təsir edir və əgər bu fərziyyələr isbat olunarsa bütün fizika anlayışımız alt-üst olar. Məsələn, “hər şeyin nəzəriyyəsi” kimi qəbul edilən “M-nəzəriyyəsi” buna ən yaxşı nümunədir.

Çoxlu kainatların mövcudluğu barədə 3 nəzəriyyə irəli sürülür və bunlar demək olar hər biri bir-birinə bənzər nəzəriyyələrdir. Birincisi “Şarşəkilli kainatlar”dır, yəni Şarşəkilli bir kainat təsəvvür edin, onun bir tərəfində qara dəlik yaranır, o qara dəlikdən bir şar çıxır və bundan da müstəqil bir kainat yaranır. Və belə-belə bir-birinin içindən yeni kainatlar yaranmış olur. Digər “Paralel dünyalar nəzəriyyəsi”nə görə isə biz burada hansısa işi icra edərkən qarşımızda olan bir neçə seçimdən birini seçirik, digər seçim isə yeni bir kainat yaratmış olur. Məsələn, mən çaymı yoxsa qəhvəmi içim deyə qərar verməyə çalışıram, sonda çay seçirəm, yerdə qalan qəhvə seçimi isə yeni bir kainat yaratmış olur. Yəni hər sual verdiyinizdə yeni seçimlər irəli sürmüş olursunuz və bununla davamlı yeni kainat yaratmış oluruq. “M nəzəriyyəsi” isə “Sim nəzəriyyəsi”nə əsaslanır. “Sim” – “sıfır ölçülü nöqtələr” formasında təsvir edilən atom altı zərrəciklərin, əslində “bir ölçülü varlıqlar və tezlik tipli varlıqlar” ola biləcəyi fərziyyəsinə dayanır. “M”-in nə olduğu hələki mübahisəlidir. Daha çox isə “membran nəzəriyyə” kimi qəbul edilir. “M-nəzəriyyəsi” Edward Witten (Princeton Universiteti) tərəfindən 1995-ci ildə, Cənubi Kaliforniya Universitetində etdiyi çıxışında irəli sürmüşdür. Bu nəzəriyyə 10 yerinə 11 ölçülü bir kainat irəli sürür. Hissəciklərin sim deyil, bir membran kimi olduğu və membran hissəciklərin fərqli ölçülərdəki hər bir büzüşməsində fərqli kainatlar meydana gəlməkdədir. Yəni təsəvvür edin ki, yanaşı bir neçə ədəd çox nazik vərəqlər yığmısınız. Onlar titrədikcə bir-birinə toxunur və yaranmış titrəyişimdən, qarışıqlıqdan ortaya yeni kainat çıxır və bu sonsuzadək davam edə bilir. Bu kainatların hər birində fərqli həyatlar, fərqli dünyalar mövcud ola bilər. Ən azından hazırda təsəvvürümüzdə bu belədir. Paralel dünyalar nəzəriyyəsi özü də M nəzəriyyəsinin içinə daxildir. Yəni titrəyişimdən yaranan yeni kainatlardan əlavə olaraq, bizim seçimlərimiz də öz növbəsində yeni kainat yaradırsa düşünün bu sonsuzluqda nə qədər kainat ola bilər və sonsuzadək yarana bilər.

Əgər “M-nəzəriyyəsi”ni bir fərziyə kimi deyil, isbat olunmuş nəzəriyyə kimi düşünsək sosioloji cəhətdən nə kimi təsirləri ola bilər? Hər halda bu çox az kütləyə təsir edəcək. Lakin təsir qüvvəsi güclü olacaq və elə ən pisi də budur. Yaşadığı kainatı öyrənməyə meyilli insanlar ən azı alimlər qədər səbrsizliklə gözlədiyi nəticələrə əmin olacaq. Gəlin belə izah edim: dünyadakı insanları iki yerə ayıraq və onlara ümumi ad qoyaq – “Vatikan” və “CERN”. Təsəvvür edək ki, Vatikan maşında gedir, o maşının matorundan, təkərlərindən, digər hissələrində, işləmə prinsipindən, necə irəliləyə bilmə bacarığından xəbərsiz haldadır. Əgər onda dördbucaqlı təkərlərin üzərində özbaşına gedən bir maşın təsəvvürü yaratsalar və sağa dönüb sona qədər düz getməsini desələr, o qane halda bunu edəcək. Lakin “CERN” maşında getsə və ona bunları desələr onu hec cür qane edə bilməyəcəklər. “Vatikan” inanan tərəfdir, “CERN” şübhəci tərəf. O təkərlərin hansı formada, hansı materialda və s. aydın etməyənə kimi təkrar-təkrar təkərə nəzər yetirəcək. Və buna rəğmən heç bir zaman qətiyyətli olmayacaq. “CERN”in ən ali cavabı: “ola bilər” – olacaq. S.Hokinqin bir müsahibəsinə var, orda ona Tanrının varlığı barədə sual verirlər. O da eynilə “ola bilər” kimi cavab verir və bu da bir elm adamının verəcəyi ən düzgün cavabdır. Kainatın özünün özünü yaratması isbat olunarsa, bu Tanrının yoxluğu demək deyil. Çünki “M-nəzəriyyəsi” ilə onun nə varlığını nə də yoxluğunu isbat etməyə çalışmırlar.
Gəlin indi belə düşünək, ikinci tip insanlar heç bir zaman heç kimin düşüncəsini qətiyyətlə inkar etməyəcək və həmçinin qətiyyətlə də təsdiq etməyəcək. Lakin birinci tip insanlar tam olaraq əksinə davranacaq. Elə mübahisələr də, müharibələr də, belə başlamırmı? Əvvəl düşünürdün ki, bu nəzəriyyə isbat olunarsa bütün dünyada tolerantlıq hökm sürməyə başlayacaq, amma davamlı müzakirələrdə buna tərəddüt etməyə başladıq. Çünki elmi qəbul edən və onun inkişaf cədvəlini daim nəzarətində saxlayan insanlar onsuz da bu kimi isbatları maraqla və bir o qədər soyuqqanlı şəkildə qəbul edəcək. Lakin digər tərəfə bunun heç bir təsiri olmayacaq. Birinci tərəf tam isbatdan sonra öz düşüncəsində daha da əmin olacaq və kainatın sirrini öyrənə bildiyi halda olduğundan daha da tolerant olacaq. Düşünürəm bu yaxşı heç nəyə yol açmayacaq. Elmin nailiyyətlərini nəzərə almayanlar həmişə mübahisələr yaratmağa davam edəcək. Amma bütün hallarda bəziləri “şeytan oyunları” deyib bunun ürərindən keçəcək, bəziləri bəlkə də intihar həddinə çatacaq. Ümumiyyətlə kainatda nə baş verir versin hər şey cüzi fərqlərlə, amma olduğu kimi davam edəcək. Yalnız uzun illər ərzində yeni nəsil tam o düşüncədə formalaşa bildiyi halda insanlar arasında da böyük dəyişikliklər yarana bilər. Bu da tam təbii hal kimi görsənəcək.

Türkçe

Yaşadığımız kainatı anlamak için tarih boyu insanlar farklı fikirler ileri sürmüşler. Sade insanlarda genellikle felsefeye , dine ve ya mitolojiye esas alınarak fikir üretmişler. Tabii ki bilim insanları bu konuyu bilim bakış açısıyla farklı teoriler ileri sürmüşler. İsbat edilmiş teoriler bizim bugünkü fizik anlayışımızı yaratmıştır. Ama son yıllarda ileri sürülmüş teoriler sosyal topluluklara farklı anlamlarda etki etmiştir ve eğer bu teoriler isbat edilirse o zaman fizik anlayışımız alt-üst olur. Örneğin “her şeyin teorisi” gibi kabul edilen “M Teorisi” buna en iyi gösterge.

Çoklu evrenlerin mevcutluğu ile ilgili 3 teori ileri sürülmüş ve bunların her biri diğerine benzer teorilerdir. Birincisi “Baloncuk kainatlar”dır, yani Baloncuk evrenlerden bir evren düşünün, onun diğer tarafında bir kara delik açılır, o kara delikten bir balon çıkar ve ardından müstakil bir kainat yaranır. Ve böylece bir birinin içinden çıkan yeni evrenler yaranmış olur. Diğer ”paralel evrenler teorisi”ne göre biz burada herhangi bir işi icra ederken karşımızda olan bir kaç seçimden birini seçiyoruz, diğer seçim ise başka dünyada gerçekleşmiş olacak. Örneğin ben çay mı içiyorum, yoksa kahve mi seçimi ise yeni bir kainat yaratmış olur. Yani herhangi bir soru sorduğumuzda yeni seçimler söylemiş oluyoruz ve bununla devamlı olarak yeni evrenler yaratmış oluyoruz. “M teorisi” ise “Sicim teorisine ” göre baz alınır.

Sicim – Sıfır ölçekli noktalar şeklinde tasvir edilen atomaltı parçacıklardan aslında “birölçülü varlıklar ve tezlik tipli varlıklar” olabileceği düşüncesini yaratıyor. “M”—in ne olduğu henüz tartışma konusu. “M Teorisi”ni Edward Witten (Princeton Universitesi) tarafından 1995 yılında , Güney Kaliforniya Üniversitesinde yaptığı konuşmasında belirtmiştir. Bu teori 10 yerine 11 ölçülü kainat olduğunu söylüyor

Parçacıkların sicim değil, bir membran gibi olduğu ve membran parçacıklarının farklı ölçülerdeki her bir büzüşmesinde farklı kainatlar yaratmaktadır. Farz edelim yan yana bir kaç tane çok nazik kağıtlar toplamışsınız. Onlar titredikçe bir-birine dokunur ve yaranmış titreyişimden, karışıklıktan ortaya yeni kainat çıkıyor ve bu sonsuza dek devam edebilir. Bu kainatların her birinde farklı hayatlar, farklı dünyalar mevcut olabilir. Paralel dünyalar teorisi kendisi de M teorisinin içine dahildir. Yani titreşimden yaranan yeni kainatlardan ilave olarak, bizim seçimlerimiz de kendi imkanlarıyla yeni kainat yaratırsa düşünün bu sonsuzlukta ne kadar kainat olabilir ve sonsuza dek yaranabilir.

Eğer “M teorisi”ni bir düşünce gibi değil, isbat olunmuş teori gibi düşünülürse, sosyoloji bakımdan nasıl etkileri olabilir? Bu çok az kitleye etki edecektir. Lakin etkisi çok güçlü olacak ve işte en kötüsü de budur. Yaşadığı kainatı öğrenmeye meyilli insanlar örneğin bilim adamları sabırsızlıkla bekledikleri sonuca varacaklar. Şöyle anlatalım.: dünyadaki insanları iki kısıma ayıralım ve onlara genel isimler koyalım – “Vatikan” ve “CERN”. Düşünelim ki, Vatikan arabada gidiyor, o araba motorundan, tekerleklerden, diğer kısımlarından, işleyişinden, nasıl ilerleme becerisinden habersiz haldedir. Eğer dörtken tekerlek üzerinde hareket eden bir araba yaratsalar ve ona sağa dönüp düz ilerilemesini söyleseler o düz gidecektir. Lakin “CERN” arabasında giderse ve ona bunları söylerlerse onu asla tam olarak kabul etmeyecektir.“Vatikan” inanan taraftır, “CERN” şüpheci taraf.

O tekerleklerin hangi formada olması , hangi materyalden yapılması vs. tam olarak anlaşılmayana kadar tekerliklere tekrar tekrar bakılacak ve incelenecektir. Buna rağmen hiçbir zaman tam olarak herşeyi kabul etmeyecektir. “CERN”in en iyi cevabı “olabilir” olacaktır . S. Hawking’e Tanrının varlığıyla ilgili bir soru sormuşlar- “olabilir” demiş . Bu da bir bilimadamının vereceği en düzgün cevaptır.

Şimdi böyle düşünelim, ikinci tip insanlar hiçbir zaman kimsenin düşüncesini katiyyen inkar etmeyecek ve aynı zamanda tasdik de etmeyecektir. Ama birinci tip insanlar tam olarak aksine davranacak. Önceleri düşünürdük ki bu teori eğer isbat edilirse tüm dünyada tolerans hükümlü olacak, ama devamlı tartışmalarda buna tereddüt etmeye başladık. Çünkü bilimi kabul eden ve onun gelişimi için çabalayan insanlar zaten bu gibi isbatları merakla ve bir o kadar da soğukkanlı şekilde kabul edecek. Lakin diğer tarafa bunun hiç bir etkisi olmayacak. İlk taraf kendi düşüncesine tam olarak güvenecek ve kainatın sırrını öğrenmeye çalışacak. Ve ne kadar çok öğrenirse o kadar çok tolerans olacaktır. Bilimin naliyyetlerini önemsemeyen insanlar hep munakaşa yaratmaya devam edecekler. Tüm bunları “şeytan oyunları” adlandırıp bunun üzerinden geçerek bazıları intihar haddine kadar getirebilir. Genel olarak kainatta ne olursa olsun herşey çok küçük farklarla ama olduğu gibi devam edecek. Sadece uzun yıllar sonra yeni nesil tam o düşüncede yetişecekler , bu yüzden de bu büyük farklılık yaratacaktır. Bu da çok doğal hal. Unutmayalım ki her bir insan bir gezegendir.

in English

Historically, people have come up with different theories to understand the universe we live in. Simple people usually produced ideas based on philosophy, religion or mythology. Of course, scientists had different theories from this point of view of science. Witnessed theories have created our present understanding of physics. But theories put forward in recent years have influenced sociological societies in different ways, and if these theories are proved, then physics will be inferior to understanding. For example, “Theory of M”, considered as “the theory of everything” is the best pointer.

Three theories about the existence of multiple universes have been proposed, each of them which are similar to the other. The first is the “bubble universe”, that is, think of a universe made of Bubbles, a black hole is opened on the other side of it, a balloon comes out of that black hole, and then free universes born. And so, the new universes that come out of one are wounded. According to the other theory of parallel universes, we choose one of the few choices we have when we perform any one here, and the other will be in another world. For example, I drink tea or coffee is the choice of a new universe. So when we ask any questions, we are saying new desicions and we are constantly creating new universes. “M theory” is based on “string theory”.

String – It creates the idea that atomic particles, which are depicted as zero scale points, may actually be “county entities and typing-type entities”. “M”  is still a discussion topic.This theory said by Edward Witten  ( Princeton University professor ) at the University of Southern California in 1995.  According to his speech there is 11 dimensional universe instead of 10  .

Different universes are created at each shrinkage of the membrane particles at different scales, and that the particles are not a string but a membrane. Suppose you are collecting a handful of gentle papers. They vibrate one-to-one with the trembling, the universe emerges from the confusion, and it can continue forever. In each of these univeries, there should be different lives , different worlds. The theory of parallel universes is included to M theory. So, in addition to the new universe of quivering, if our desicions also create new universe with our own possibilities, how much universe can this universe be infinite and it can be created till forever.

If “M theory” will be proved  not just an idea , how it can influence to sociology?  This will have very little impact. But the effect will be very strong and that’s the worst one. People who are inclined to learn the commonwealth they live for, for example, scientists will come to the impression that they are looking forward to. Imagine we divide people who live in the world into two parts and give them in common names – “Vatican” and “CERN”. Let’s think that the Vatican is going to the car, the car which they are unaware about its progresses, motorcycle, the wheels, the other parts, and operation. If they make a car that moves on the wheel and tells him to turn to the right and straight ahead, he (Vatican) will go straight. If he goes in the car “CERN” and says it to them, he will never accept it. “Vatican” is believer, “CERN” is skeptical.

The wheels will be looked at and checked over and over again until learning of the what are wheels form, what material it is made of, and so on. Still, they will never accept everything exactly. The best answer of “CERN” will be “can”.  There was a question that was asked to Howking about the existence of God – he said “it could be” . This is the excellent answer that a scientist can give.

Now let’s just think the second type of people will never deny anybody’s thoughts and will not even agree with them at the same time. But the first type of people will act exactly the opposite. I suppose that if this theory is proved, the whole world will be tolerant, but we have begun to hesitate in this constant debate. Because people who accept the conscience and struggle for its development will already be accept such thoughts curiously and as cold-bloodedness. The other side it will not have any affect. The first part of people will be fully confident about their thoughts and will try to learn the secret of the universe.

And if we learn more, we will be more tolerancy. People who do not care about the sciences they will continue to be more controversy. All these things can be called “devilish games” and some of them can go over to suicide. In general, whatever happens in the universe, everything will continue as it is but with very small differences. Only after a long time the new generation will grow up with that idea, and that will make a big differences. This is very natural. We must not forget that every person is a little planet.

CEVAP VER

Lütfen yorumunuzu girin
Lütfen isminizi buraya girin